PulKart

PulKart şəxsi vəsaitinizdən istifadə, üçün nəzərdə tutulmuş hesabınıza bağlı debet kartdır.
Bu kartla ölkə daxili və xaricində bankomatlardan nağd vəsait çıxara, POS Terminallarda ödəniş edə, internet ürərindən alış-veriş edə bilərsiniz. World Üzv Ticarət Obyektlərində etdiyiniz ödəmələrdə ballar qazanırsınız və qazanılmış ballarınızla World Üzv Ticarət Obyektlərindək alış-veriş edə bilirsiniz. Eyni zamanda PulKarta özəl keçirilən kampaniyalarda yararlana bilərsiniz.

Pulkart Fürsətləri

PulKartın Ünvana Çatdırılması

PulKartınız, müraciətiniz zamanı bildirəcəyiniz ünvanınıza pulsuz çatdırılacaqdır. Şifrənizi və ya kartınızı itirdiyiniz, və ya sizin iradəniz xaricində bir hadisə baş verdiyi halda, dərhal *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng edə və ya ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına baş çəkə bilərsiniz.

Bal fürsətləri

PulKart ilə etdiyiniz bütün alış-verişlərdə bal qazanırsınız və ballarınızla World Üzv Ticarət Obyektlərində istədiyiniz kimi alış-veriş edə bilərsiniz. Ballarınızı Worldcardınıza transfer də edə bilərsiniz. Bu halda PulKartınızla qazandığınız ballar Worlcard bal balansınıza əlavə olunacaqdır.

Kartın qiyməti

PulKartın qiyməti 5 AZN-dir.

Worldcard müracəitiniz zamanı PulKart tələbiniz olarsa, PulKartınızı pulsuz əldə edəcəksiniz.

Kartın Aktivləşdirilməsi

PulKartınız sizə təhlükəsizliyiniz üçün istifadəyə bağlı olaraq çatdırılacaqdır. PulKartınızı aktivləşdirmək üçün *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng etməlisiniz.

SMS xəbərdarlıq

1 oktyabr tarixindən etibarən Hesaba SMS paket xidməti vasitəsi ilə hesabdan ölkə xaricində, ölkə daxilində və internetdə ediləcək bütün mədaxil-məxaric əməliyyatların hər birindən xəbərdar olmaq mümkundür. Hesaba sms paket xidməti aktiv olunduğu təqdirdə hesaba pul vәsaiti köçürüldüyü, yaxud hesabınızdan ödәniş edildiyi zaman mobil telefonuna әmәliyyat haqqında mәlumat verәn SMS göndәrilәcәk. Hesaba sms paket xidməti 6 və 12 aylıq iki növdə təqdim olunur. 6 aylıq xidmət haqqı 5AZN, 12 aylıq xidmət haqqı isə 10AZN-dir. Xidmət haqqında ətraflı məlumatı www.worldcard.com.az saytından və *0444 Yapı Kredi Telefon Mərkəzindən öyrənə bilərsiniz.

Faiz və Kart Qiymətləri

Kartın qiyməti 5 AZN
Nağd çəkim komissiyası Yapı Kredi Bank bankomatlarından 0 AZN (maaş ödəmələri xaric hesaba qeyri nağd şəkildə daxil olan vəsaitin nağdlaşdırılması zamanı 0.6 %)
Nağd çəkim komissiyasi digər bankomatlardan 2%+1 AZN
Nağd çəkim komissiyasi ölkəxarici bankomatlardan 2%+1$
PİN göndərim haqqı 2 AZN
6 aylıq sms paket 5 AZN
1 illik sms paket 10 AZN


HÖP ödənişləri - 0.15% (minimum 0.40 AZN- maksimum 15 AZN)